Qan azlığı (anemiya)

 

Qan azlığı (anemiya)

Anemiya bədənin kifayət qədər eritrositlərə sahib olmamasıdır. Özünüzü  yorğun, halsız, ya da zəif hiss etməyinizə və sinə ağrısı, ürək döyünməsi, nəfəs darlığı, baş giccəllənmə kimi  əlamətlərə də səbəb ola bilər.

Yuxarıdakılara əlavə olaraq yediklərinizə və içdiklərinizə diqqət edin:

  • Tərkibində zülalın miqdarı çox olan qidalara üstünlük  verməyinizə ehtiyac yarana bilər. Ət, püstə əzməsi və yumurta yaxşı seçimlərdir.
  • Tərkibində dəmir olan qidalara üstünlük verməli ola bilərsiniz. Qırmızı ət, yaşıl yarpaqlı tərəvəzlər (ispanaq kimi), lobya və paxlalılar yaxşı seçimlərdir.

Hansı yeməklərin və içkilərin sizə uyğun olduğunu öyrənmək üçün həkiminizə müraciət edin. Həkiminiz qan testi nəticələrinə görə dərman istifadəsini də məsləhət görə bilər.

Diqqət!

 

Qanda hemoqlabinin miqdarı 7 qr-dan azdırsa,  yorğunluğunuz gedərək artırsa, şüur bulanıqlılığı olursa, həkiminizə müraciət edin.

 

Həkiminizdən başqa digər insanların verdiyi tövsiyələrə qulaq asmayın. Hər hansı bir dərman, vitamin, ya da şəfalı bitki qəbul etməmişdən əvvəl həkiminizə müraciət edin.  Bunlardan bəziləri kimyaterapiyanın  gedişini dəyişdirə bilər.

 

 

XƏBƏR BÜLLETENİ ÜZVLÜYÜ